biz kimik?

Azərbaycan Dövlət İqtisad Universitetinin Tələbə Həmkarlar İttifaqı Komitəsi 1974–cü ildə yaradılmışdır.

Tələbə Həmkarlar İttifaqı Komitəsinin tərkibi 23 komitə üzvündən, III müavindən, XI fakültə tələbə həmkarlar ittifaqı büro sədrlərindən və IV komissiyadan (mədəni kütləvi tədbirlər, elm, idman, sağlamlıq, təlim-tərbiyə) ibarətdir. Hazırda təşkilat özündə 10738 nəfər tələbəni birləşdirir. Tələbə Həmkarlar İttifaqı Komitəsi universitetdə tələbələri ictimai işlərə cəlb edərək bu istiqamətdə formalaşmasında, tələbələrin sosial problemlərinin həllində, yataqxana ilə təmin olunmalarında, ehtiyacı olanlara maddi yardım göstərilməsində, dərsə davamiyyətin artırılmasında, elmi işlərə cəlb olunmalarında, istedadlı tələbələrin üzə çıxarılmasında, ictimai işlərdə və elmdə fərqlənən həmkarlar aktivlərinin mükafatlandırılmasında, tələbələrin təlim-tərbiyələrinin, asudə vaxtlarının, yay istirahətlərinin təşkili istiqamətində fəaliyyət göstərir.

İDARƏ HEYƏTİMİZ

İdarə heyətimizə qoşulanlar nə qazanır?

Özünüzü inkişaf etdirmək, tədbirlərin təşkilində iştirak etmək və THİK ailəsinin bir üzvü olmaq istəyirsinizsə, idarə heyətimizə qatıla bilərsiniz!

Bunun üçün müxtəlif vaxtlarda fakültə, departament və komissiya idarə heyətinə üzv qəbulu ilə bağlı elanlar verilir.

Müvafiq sahə üzrə təcrübə qazanmaq və sosiallaşarağ tələbə həyatınızı daha əyləncəli keçirə bilərsiniz.

THİK üzvü olmağınız kifayətdir.